"Humanitar yüklərin Ağdam yolu ilə buraxılmasını istəyirik"
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib
“Moskva humanitar yüklərin Ağdam marşrutu ilə maneəsiz buraxılmasının tərəfdarıdır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova gündəlik brifinq zamanı deyib.
Zaxarova Rusiyanın məsələni siyasiləşdirməyin əleyhinə olduğunu bildirib.
O qeyd edib ki, Moskva üçtərəfli razılaşmalar çərçivəsində hərəkət edir.
Rusiya XİN sözçüsü, həmçinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın onun dediklərini absurd adlandırmasına da münasibət bildirib:
"Mənə elə gəlir ki, bu publik ritorika kobudluğa bənzəyir, Ermənistanın siyasi xadimlərinə yaraşmır. Əgər onlar ekspertlər səviyyəsində, siyasi səviyyədə danışmaq istəyirlərsə, bizim Ermənistanla bütün istiqamətlər üzrə yaxşı kanallarımız var".