XƏBƏRLƏR / Siyasət

Peskov Putinlə Paşinyanın görüşəcəyini təsdiq etmədi

Rusiya Prezidentinin sözçüsü bunu Paşinyanın gələn həftə Moskvaya yollanmağı məlumatını şərh edərkən deyib

Peskov Putinlə Paşinyanın görüşəcəyini təsdiq etmədi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Jurnalistlərin "Gələn həftə Putin Paşinyanla görüşəcək?" sualına cavab verən Dmitri Peskov deyib ki, "Gəlin, hadisələri qabaqlamayaq. Müəyyən planlar müzakirə olunur. Bu müzakirə yekunlaşan kimi müvafiq açıqlama verəcəyik. Hələ ki bunu vaxtından əvvəl verilən elan hesab edirik ". 

    Xatırladaq ki, dünən Praqada Ermənistanın baş naziri Nikol Paşinyan gələn həftə Moskvaya yollanmağı barədə məlumat vermişdi.