Rumıniya da Qarabağda keçirilən qondarma “seçkiləri” tanımır
Rəsmi Buxarest məsələlərin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq siyasi yolla həllini müdafiə edir
Rumıniya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş bəyanatda deyilir ki, Buxarest Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” tanımır.
Rumıniya Xarici İşlər Nazirliyi bir daha Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bəyan edərək, regiondakı bütün məsələlərin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq siyasi yolla həllini müdafiə edir.