Kaya Kallas Romada Ermənistan prezidenti ilə görüşüb
Bu barədə K.Kallas "X"dəki səhifəsində yazıb

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistan prezidenti Vaaqn Xaçaturyanla Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib.
Bu barədə K.Kallas "X"dəki səhifəsində yazıb.
“Mən Romada prezident Vaaqn Xaçaturyanla Ermənistana gözlənilən səfərimi müzakirə etdim. Biz Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və regionda sülhün əldə edilməsi səyləri barədə fikir mübadiləsi aparmışıq”, - o söyləyib.
Xatırladaq ki, ötən gün K.Kallas Azərbaycanda səfərdə olub.