XƏBƏRLƏR / Siyasət

Moskvada KTMT liderlərinin zirvə görüşü Paşinyansız keçəcək

Ermənistanın Baş naziri Moskva əvəzinə Antalyaya COP31 tədbirinin açılışına yollanacaq

Moskvada KTMT liderlərinin zirvə görüşü Paşinyansız keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • KTMT-nin zirvə görüşü noyabrın 11-də Moskvada keçiriləcək. Təşkilata Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. Sonuncu, 2024-cü ilin fevral ayından etibarən təşkilatdakı iştirakını faktiki olaraq dondurub.

    MDB-nin baş katibi bildirib ki, Ermənistan KTMT-dəki işinin dayandırılması fonunda təşkilatdan çıxmaq niyyətini açıqlamayıb.

    MDB-nin baş katibi Sergey Lebedev TASS-a kollektiv təhlükəsizlik üzrə beynəlxalq forumun kuluarlarında bildirib ki, MDB rəhbərliyi Ermənistandan təşkilatdan çıxmaq niyyəti ilə bağlı heç bir açıqlama almayıb.

    "Xeyr. Baş nazir şəxsən mənə, bir çoxları kimi, MDB-də qalacaqlarını dedi. Onların çıxmaq niyyəti ilə bağlı bir dənə də olsun açıqlama eşitməmişik", - deyə Lebedev Ermənistanın MDB-dən çıxması ilə bağlı suala cavab verərkən bildirib.

    Ermənistanın baş naziri Nikol Paşinyan MDB çərçivəsində əməkdaşlığın davam etdirilməsini açıq şəkildə dəstəklədiyini bildirib. Məsələn, 9 oktyabr 2026-cı ildə Türkmənistanda keçirilən MDB sammitində o, Ermənistan tərəfinin "Türkmənistanın Birliyə sədrlik konsepsiyasında göstərilən prioritetləri praktik olaraq həyata keçirmək üçün konstruktiv səylər göstərdiyini" bildirib.

    Qeyd edək ki, Baş nazir Nikol Paşinyan hazırda Fransada işgüzar səfərdədir.

    Noyabrın 10-da Ermənistan hökumətinin başçısı 9-cu Paris Sülh Forumunda iştirak edir.

    Sabah isə (noyabrın 11-də) Ermənistanın Baş naziri Antalyada keçiriləcək COP31 Konfransında iştirak etmək üçün Türkiyəyə yola düşəcək.