ABŞ-dan sonra NATO nümayəndəsi də Ermənistana gəlib
Xüsusi nümayəndə Xavyer Kolomina İrəvandadır və orada artıq Nikol Paşinyanla danışıqlar aparıb
Paşinyan və NATO Baş katibinin nümayəndəsi regional məsələləri və əməkdaşlığı müzakirə ediblər.
Ermənistanın baş naziri Nikol Paşinyan NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı qəbul edib.
Tərəflər Ermənistan-NATO tərəfdaşlığı və əməkdaşlığı ilə bağlı məsələləri müzakirə ediblər.
***
Xavyer Kolomina İrəvandadır və orada artıq Ararat Mirzoyanla danışıqlara başlayıb.
Ermənistanın xarici işlər naziri və NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ermənistan-NATO əməkdaşlığı məsələlərini, eləcə də Cənubi Qafqazda təhlükəsizlik və sabitlik problemlərini müzakirə ediblər.
Verilən məlumata görə, Xavyer Kolomina Azərbaycan və Gürcüstana səfər edəcək.