XƏBƏRLƏR / Siyasət

Kreml yenə Ermənistanın müstəqil kursunu "səhv" adlandırdı

Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin TASS-a danışıb

Kreml yenə Ermənistanın müstəqil kursunu "səhv" adlandırdı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin TASS agentliyinə verdiyi açıqlamada bildirib ki, Ermənistan rəhbərliyi Qərbdən "müəyyən bir köməyə" və dəstəyə güvənərsə, "səhv edəcək". O, iddia edir ki, bu, guya ölkə daxilində vəziyyəti çətinləşdirəcək.

    Ermənistanda hesab edirlər ki, əslində bu, proqnoz deyil, gecikmiş təzyiq cəhdidir. İrəvan öz seçimini edib, lakin Moskva Ermənistanın tutduğu istənilən müstəqil kursu təhdid kimi qələmə verməyə davam edir.

    Ermənistandakı seçkilərin nəticələrini şərh edən Narışkin bəyan edib ki, "Müəyyən mənada onlar şübhə altındadır".

    Hakimiyyətyönlü media yazır ki,  Kreml Ermənistanı Qərblə "qorxudur", çünki o, öz təcridinin və zəifliyinin aciz qəzəbində təsir inhisarını itirir.

    Qeyd edək ki, bu həmən o Narışkindir ki, 44 günlük müharibə vaxtı heç bir dəlil-sübutsuz Azərbaycanın döyüşlərdə güya "Suriya yaraqlılarından" istifadə etməsi haqda yalan məlumatın müəllifi idi.