Ərdoğan Tokayevə TOGG elektromobili hədiyyə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kasım-Jomart Tokayevə TOGG elektrik avtomobili hədiyyə edib, Akordanın mətbuat xidməti xəbər verir.
“Rəcəb Tayyib Ərdoğan hörmət əlaməti olaraq dövlətimizin başçısına Türkiyə istehsalı olan TOGG elektromobilini hədiyyə etdi. Türkiyə lideri şəxsən Kasım-Jomart Tokayevə yeni elektromobil nümayiş etdirib”, - məlumatda deyilir.
Qazaxıstan Prezidenti öz həmkarını elektromobillərin kütləvi istehsalına uğurla başlaması münasibətilə minnətdarlığını bildirib və təbrik edib.
Tokayev paytaxt hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hərarətlə yola salıb.