Putin Qarabağ və RSK haqda sualları cavablandırdı VİDEO
Rusiya Prezidenti Bişkekdə mətbuat konfransı keçirib
Rusiya Prezidenti Vladimir Putin Qarabağ və Rusiya sülhməramlı kontingentinin (RSK) aqibəti barədə jurnalistlərin suallarına cavab verib. VİDEO
"Ermənistanın baş naziri Nikol Paşinyanın Praqada keçirilən müşavirədə Qarabağın statusunu kökündən dəyişdirən, yəni Qarabağın statusunu müəyyən edən bəyanatdan sonra nəhayət, Qarabağ Azərbaycanın tərkibinə daxil oldu".
Putin bildirib ki, Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb.
"Bütün əvvəlki illərdə hər şey bir məsələ ətrafında gedirdi: Qarabağın statusu. Mən təfərrüatlara varmayacağam, amma deyim ki, əvvəlki onilliklər ərzində biz dəfələrlə Qarabağla bağlı razılaşmaya yaxın olmuşuq", - Putin bildirib.
"Rusiya sülhməramlıları rəsmi olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalıdırlar, bu məsələ danışıqlar zamanı həll olunacaq".
Bunu Rusiya prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
“Formal olaraq, sülhməramlılarımız 2025-ci ilin noyabrına qədər orada olacaqlar və biz, əlbəttə ki, tərəfdaşlarla dialoqda yaxın gələcəkdə nə və necə edəcəyimizi müəyyənləşdirib həll etməli olacağıq. Biz buna danışıqlar zamanı qərar verəcəyik”, - deyən Putin 2020-ci ildə Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində olması ilə bağlı razılaşmanın yarandığı zaman onların mandatının yalnız atəşkəsə nəzarət etmək olduğunu qeyd edib.