XƏBƏRLƏR / Hərbi

Hərbi qulluqçumuz həlak oldu

Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib

Hərbi qulluqçumuz həlak oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

    Bu barədə Hərbi Prokurorluqdan verilən məlumatda deyilir.

    Qeyd edilib ki, fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.