XƏBƏRLƏR / İctimaiyyət

I Qarabağ müharibəsinin itkin-şəhidləri dəfn edilib

YENİLƏNİB

I Qarabağ müharibəsinin itkin-şəhidləri dəfn edilib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 15:22

    Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Aydın Nuriyev Göyçay rayonunda dəfn edilib.

    Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Mırtı kənd qəbiristanlığında torpağa tapşırılıb.

    Dəfn mərasimində şəhidin doğmaları, Göyçay rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, Aydın Nəriman oğlu Nuriyev 1966-cı il noyabrın 4-də Göyçayın Mırtı kəndində anadan olub. 1992-ci il fevralın 26-da Xocalıda gedən döyüşlər zamanı itkin düşüb.

    ***

    14:16

    Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Rəhimov Cəmil Nizami oğlu ilə vida mərasimi keçirilib.

    Cəmil Rəhimovun nəşinin qalıqları ailəsinə təhvil verilib. Bu gün şəhidlə onun yaşadığı evdə vida mərasimi keçirilib.

    Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Şirvan Şəhidlər xiyabanında torpağa tapşırılıb.

    Dəfn mərasimində mərhumun yaxınları, şəhər ictimaiyyəti, yerli dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, şəhid Cəmil Nizami oğlu Rəhimov 1969-cu ildə Sabirabad rayonunun Cəngən kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. Döyüşə könüllü gedən Cəmil Rəhimov 8 may 1992-ci ildə Şuşa şəhərində itkin düşmüş hesab edilib.

    ***

    13:57

    Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Fikrət Abbas oğlu Əzizov dəfn olunub.

    Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində mərhumun ailə üzvlərinə məxsus evdə vida mərasimi keçirilib.

    Daha sonra onun nəşinin qalıqları Qaradağ rayonu, "Sofi Həmid Piri" qəbiristanlığında torpağa tapşırılıb.

    Dəfn mərasimində şəhidin yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, şəhid Fikrət Əzizov 13 yanvar 1961-ci ildə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. F.Əzizov 1992-ci ilin 26 fevralında Xocalıda itikin düşmüş hesab edilirdi.

    ***

    12:15


    Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan Azərbaycan Ordusunun zabiti Elçin Balaxan oğlu Quliyev dəfn edilib.

    Onun nəşinin qalıqları Suraxanı rayonu "Dədə Qorqud" qəbristanlığında torpağa tapşırılıb.

    Dəfndə mərhumun yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, şəhid Elçin Quliyev 1965-ci ildə Sabirabad rayonunun Vladimirovka kəndində doğulub və 1992-ci ildə Xocalı şəhərində itkin düşüb.

    ***

    11:45

    Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Fikrət Abbas oğlu Əzizovla vida mərasimi keçirilib.

    Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində mərhumun ailə üzvlərinə məxsus evdə baş tutan vida mərasimində şəhidin yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Mərasim başa çatdıqdan sonra onun nəşinin qalıqları Qaradağ rayonu, "Sofi Həmid Piri" qəbiristanlığında torpağa tapşırılcaq.

    Qeyd edək ki, şəhid Fikrət Əzizov 13 yanvar 1961-ci ildə Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. F.Əzizov 1992-ci ilin 26 fevralında Xocalı şəhərində itikin düşmüş hesab edilirdi.