BLOQ

Astanada “ŞƏT Plyus” görüşü keçirilib FOTO VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib YENİLƏNİR

Astanada “ŞƏT Plyus” görüşü keçirilib FOTO VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:56

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

    Dövlətimizin başçısı görüşdə çıxış edib.

    ***

    16:23

    Qazaxıstan paytaxtında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində “ŞƏT Plyus” görüşü keçirilir.

    VİDEO

    Görüşdə Qazaxıstan, Azərbaycan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, habelə beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

    Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Dövlət Başçıları Şurasının iclası olub.

    ***

    14:38

    İyulun 4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

    ***

    13:09

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib.

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət başçısını qarşılayıb.

    Sonra Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının iştirakçıları birgə foto çəkdiriblər.