XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib FOTO

Prezidentin mətbuat xidməti xəbər verir

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.

    Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşılayıb.

    Xatırladaq ki, fevralın 4-də Əbu-Dabidə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevə 2026-cı il İnsan Qardaşlığı üzrə Zayed Mükafatı təqdim olunacaq.