İlham Əliyev Çinin Tiencin şəhərindən qatarla Pekinə gəlib
Pekində 2-ci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş tədbirlər keçiriləcək FOTO

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə gəliblər.
Prezident və birinci xanım Mehriban Əliyeva “China Railways” şirkətinin "Fuxing" qatarı ilə Pekinə gediblər.
Bu, dünyanın ən sürətli müntəzəm sərnişin qatarıdır və Tyanjindən Pekinə qədər olan məsafəni təxminən 30 dəqiqəyə orta sürətlə təxminən 345 km/saat sürətlə qət edir.
Prezident İlham Əliyevin Pekində qaldığı otelin işçiləri ilə səmimi görüşü olub. VİDEO
Dövlətimizin başçısı və birinci xanım Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.