XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev Düşənbədə İsmoili Somoni abidəsini ziyarət edib

Bu barədə Prezidentin mətbuat xidməti xəbər verib

İlham Əliyev Düşənbədə İsmoili Somoni abidəsini ziyarət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbənin “Dusti” meydanındakı “Tacikistanın milli həmrəyliyi və dirçəlişi” xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib.

    Dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü.

    Prezident İlham Əliyev abidənin önünə əklil qoyub. Xatırladaq ki, Azərbaycan Prezidenti Tacikistanda rəsmi səfərdədir.