XƏBƏRLƏR / Müttəfiq

İlham Əliyev Ərdoğana başsağlığı verib

Türkiyənin İzmir vilayətində metallurgiya zavodunda baş verən partlayışda 17 nəfər ölüb

İlham Əliyev Ərdoğana başsağlığı verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib:

    “Hörmətli cənab Prezident.

    Əziz Qardaşım.

    İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.

    Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

    Allah rəhmət eləsin!”.