XƏBƏRLƏR / İctimaiyyət

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib FOTO

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Ulu Öndərin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.

    Burada fəxri qarovul dəstəsi düzülmüşdü.

    Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

    Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

    Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad ediblər.

    Sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.

    Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.