Bu gün Əfv Komissiyasının ilk iclası keçiriləcək
28 May – Müstəqillik Günü ilə əlaqədar əfv nəzərdə tutulub

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.
İclasda komissiyaya daxil olacaq müraciətlər araşdırılacaq.
Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçiriləcək.