Füzulidə kanalda adam batıb VİDEO

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib

  • Oxuma müddəti:

    0 dəqiqə

  •  Füzuli rayonu, Kərimbəyli kəndində 1 nəfər vətəndaşın suvarma kanalında batması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Hazırda dalğıc-xilasedicilər tərəfindən batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Nağızadə Nihad Vüqar oğlunun axtarışları davam etdirilir.

    Əlavə məlumat veriləcək.