XƏBƏRLƏR / İctimaiyyət

Xətaidə üç yol bağlıdır

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib

Xətaidə üç yol bağlıdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Təmir işləri ilə əlaqədar paytaxtın Xətai rayonunda 3 ünvanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

    Qeyd edilib ki, Abdulla Rəhimov, İlqar Abbasov və Həzi Aslanov küçələrindəki məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.

    Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri, təmir aparılan ərazilərdə diqqətli olmaları və görülən işlərə anlayışla yanaşmaları xahiş olunur.