XƏBƏRLƏR / Həyat Tərzi

İlham Əliyev Məsud Pezeşkianı "İstisu"ya qonaq edib VİDEO

"Azərbaycan suyunun dadına baxın!"

İlham Əliyev Məsud Pezeşkianı "İstisu"ya qonaq edib VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində İran Prezidenti Məsud Pezeşkianla görüşü zamanı maraqlı dialoq yaşanıb.

    Dövlət başçısı iranlı həmkarına Azərbaycandan gətirdiyi "İstisu" mineral suyunun dadına baxmağı təklif edib.

    "Azərbaycan suyunun dadına baxın! Burada əla "İstisu" suyu var. Mən özümlə gətirmişəm", - deyə Prezident İlham Əliyev vurğulayıb.

    Daha sonra Azərbaycan Prezidenti həm Məsud Pezeşkian, həm də özü üçün "İstisu" süzüb.

    VİDEO