Elon Musk artıq trilyoner deyil - sahibkarın sərvəti 28,6 milyard dollar azalıb və hazırda 977,2 milyard dollar olaraq qiymətləndirilir.
”Forbes" jurnalının məlumatına görə, Maskın itkiləri ticarət zamanı 3% düşən SpaceX səhmlərinin azalması ilə əlaqədardır.
Lakin, bu, sahibkarın sərvətinin 1 trilyon dollardan aşağı düşməsi ilə bağlı ilk hal deyil. 12 iyunda Mask SpaceX-in Nasdaq-da siyahıya alınmasından sonra dünyanın ilk trilyoneri oldu, lakin bir neçə gün sonra SpaceX və Tesla səhmlərinin azalması səbəbindən bu statusunu itirdi.
5 oktyabrda hər iki şirkətin səhm qiymətlərinin artması fonunda iş adamının sərvəti yenidən 1 trilyon dolları keçdi.
İndi Mask yenidən bu statusunu itirib.
1 dəqiqədən az