İlon Maskın sərvəti bir həftədə 37 milyard dollar artıb
Hazırda İlon Mask dünyanınüçüncü ən varlı adamıdır
Amerikalı iş adamı İlon Maskın sərvəti aprelin son həftəsində 37,3 milyard dollar artıb.
"Bloomberg" xəbər verir ki, bu göstərici Maskın 2022-ci ilin martından bəri ən böyük həftəlik artımıdır.
Hazırda İlon Mask dünyanın ən varlı adamları siyahısında üçüncü yerdə qərarlaşıb.
İş adamının sərvəti 202 milyard dollar dəyərində qiymətləndirilir.