XƏBƏRLƏR / Həyat Tərzi

Uşaq və yeniyetmələr arasında piylənmə dörd dəfə artıb

Bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı yayıb

Uşaq və yeniyetmələr arasında piylənmə dörd dəfə artıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yer üzündə 1 milyarddan çox insan piylənmədən əziyyət çəkir.

    Bu barədə nəticələri Böyük Britaniyanın “Lancet” jurnalında dərc edilmiş tədqiqata istinadla Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

    “Bu araşdırma göstərdi ki, 2022-ci ildə dünyada 1 milyarddan çox insan piylənmə ilə yaşayıb", - ÜST qeyd edib ki, söhbət planetin hər səkkizinci sakinindən gedir.

    “1990-cı ildən bəri böyüklər arasında piylənmənin qlobal yayılması iki dəfədən çox, uşaq və yeniyetmələr (5-19 yaş arası) arasında isə dörd dəfə artıb", - təşkilat bildirib ki, 2022-ci ilə qədər böyüklərin 43 faizi artıq çəkidən əziyyət çəkib.

    ÜST xatırladıb ki, piylənmə ürək-damar xəstəlikləri, diabet və bəzi xərçəng növlərinə səbəb ola bilər.