XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev ona verilən yarım milyon dolları Qarabağa verdi

Prezidentin Mətbuat Xidmətinin məlumatı

İlham Əliyev ona verilən yarım milyon dolları Qarabağa verdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş zamanı “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını dövlətimizin başçısına təqdim edib.

    Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə 2026-cı il üzrə bu mükafata layiq görülüb.

    Mükafatın şərtlərinə görə, Azərbaycan Prezidentinə 500 min ABŞ dolları məbləğində vəsait verilir.

    Prezident İlham Əliyev bu məbləğin tam olaraq Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib.