XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev Polşanın yeni seçilmiş Prezidentini təbrik edib

Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verir

İlham Əliyev Polşanın yeni seçilmiş Prezidentini təbrik edib
Karol Navrotski
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidenti İlham Əliyev Polşa Respublikasının yeni seçilmiş Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb.

    Məktubunda polşalı həmkarını Prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik edən dövlətimizin başçısı qeyd edib: “Azərbaycan ilə Polşa arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylər göstərəcəyik”.