XƏBƏRLƏR / İctimaiyyət

İlham Əliyev Putin və Məlikova başsağlığı verdi

Bu barədə "president.az" saytı yazıb

İlham Əliyev Putin və Məlikova başsağlığı verdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib.

    Başsağlığında deyilir:

    "Hörmətli Vladimir Vladimiroviç,

    Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən çox kədərləndim.

    Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanlara şəfa diləyirəm".

    Azərbaycan Prezidenti Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova da başsağlığı verib:

    "Hörmətli Sergey Alimoviç,

    Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni son dərəcədə kədərləndirdi.

    Ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara şəfa diləyirəm".