İlham Əliyev Sankt-Peterburqdadır
Bu gün MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa işgüzar səfərə gəlib.
Sankt-Peterburqun Pulkovo-1 hava limanında dövlətimizin başçısını Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.