XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev Sloveniya Prezidentinə məktub göndərib

Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verir

İlham Əliyev Sloveniya Prezidentinə məktub göndərib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Prezidenti Nataşa Pirts Musara bu ölkənin milli bayramı – Dövlətçilik Günü münasibətilə təbrik məktubu göndərib.

    Dövlətimizin başçısı məktubunda bildirib: “İnanıram ki, Azərbaycan ilə Sloveniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir”.

    Azərbaycan Prezidenti əlamətdar gün münasibətilə sloveniyalı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.