XİN: Laçın yolunda sərhəd-nəzarət keçid məntəqəsi olmalıdır
Azərbaycan təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək
Azərbaycan Respublikasının xarici işlər nazirliyinin bugünkü şərhində deyilir: "Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin və qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür."