XƏBƏRLƏR / Neft və Qaz

İlham Əliyev “Vitol” şirkətinin icraçı direktoru ilə görüşüb

Qeyd edək ki, baş ofisi Rotterdam şəhərində yerləşən “Vitol" dünyanın aparıcı neft ticarəti şirkətlərindən biridir

İlham Əliyev “Vitol” şirkətinin icraçı direktoru ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Vitol” şirkətinin baş icraçı direktoru Rassel Hardi ilə görüşüb.

    Söhbət zamanı Azərbaycanda həyata keçirilən neft strategiyası barədə məlumat verildi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində roluna toxunulub. Bu xüsusda bir neçə Avropa ölkəsinin, o cümlədən Avropa İttifaqına bir sıra üzv dövlətlərin Azərbaycan qazı ilə təchiz edilməsi vurğulanıb.

    Görüşdə ölkəmizlə bu şirkət arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, baş ofisi Rotterdam şəhərində yerləşən “Vitol" dünyanın aparıcı neft ticarəti şirkətlərindən biridir. 1966-cı ildə qurulan "Vitol" qrupu dünyanın üç əsas xam neft broker şirkəti sırasına daxildir.