XƏBƏRLƏR / Neft və Qaz

AÇG-dən indiyədək 610 mln. tondan artıq heft hasil olunub

Bu barədə Energetika Nazirliyi xəbər verir

AÇG-dən indiyədək 610 mln. tondan artıq heft hasil olunub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından indiyədək 613 mln. ton neft hasil olunur.

    Bu barədə Energetika Nazirliyi xəbər verir.

    Məllumata görə, AÇG-dən bu günədək 239 mlrd. kubmetr qaz hasil olunub, bunun da 61,3 mlrd. kubmetri Azərbaycan dövlətinə ötürülüb.

    Qeyd etmək lazımdır ki, AÇG-də hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulur.

    “Bu ilin ilk 8 ayında AÇG üzrə orta gündəlik neft hasilatı 44 min ton, gündəlik neft ixracı isə 327 min barel”, - məlumatda qeyd olunur.

    Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də AÇG-nin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş imzalanıb.

    2017 il sentyabrın 14-də AÇG üzrə heft hasilatının pay bölgüsü haqqında sazişə düzəliş edilib və yenidən tərtib olunaraq imzalanıb.

    AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 31,65%, MOL – 9,57%, "Inpex" – 9,31%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,92%.