SOCAR iyulun 1-də BTC boru kəmərinin operatoru olacaq
Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Co Kristofoli jurnalistlərə bildirib.
SOCAR iyulun 1-də Bakı-Tbilisi-Ceyhan boru kəmərinin operatoru olacaq.
Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Co Kristofoli jurnalistlərə bildirib.
"Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin istismarının SOCAR-a təhvil verilməsi prosesi qrafik üzrə davam edir. Müqavilə öhdəliklərinə uyğun olaraq, istismarın 1 iyulda təhvil verilməsi planlaşdırılır və proses planlaşdırıldığı kimi davam edir", - deyə o bildirib.
BP nümayəndəsi vurğulayıb ki, bu addım BP-nin layihədən çıxması demək deyil; bu, sadəcə müqavilə öhdəliyini yerinə yetirməkdir.
"SOCAR boru kəmərini uğurla idarə etmək üçün təcrübəyə və imkanlara malikdir. Biz bu keçidə çox nikbin yanaşırıq."
Bundan əlavə, BP 8 iyun 2026-cı ildə Bakı-Supsa neft kəmərinin istismarını Azərbaycana və Gürcüstana təhvil verəcək.

Bu barədə şirkətin istehsal və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrell Bakıda jurnalistlərə bildirib.
1 dəqiqə