Azərbaycan nefti cüzi bahalaşdı
"Azeri Light"ın 1 barelinin qiyməti 0,55% artıb
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,49 ABŞ dolları və ya 0,55% artaraq, 89,94 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.