XƏBƏRLƏR / Siyasət

İlham Əliyev Yuşşenko ilə görüşüb

Bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında paylaşım edilib

İlham Əliyev Yuşşenko ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşüb.

    Bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında paylaşım edilib:

    "Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşdüm. 20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq". 

    Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib.