XƏBƏRLƏR / İctimaiyyət

Putin prezidentlərə üzük bağışladı FOTO

Bu barədə Rusiya mediası məlumat yayıb

Putin prezidentlərə üzük bağışladı FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində iştirak edən dövlət başçılarına qızıl üzük hədiyyə edilib. Bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla, 9 MDB ölkəsinin liderinə üzük təqdim olunub. Məlumata görə, MDB ölkələrinin liderlərinə hədiyyə edilən üzüklər Yeni il münasibətilə hazırlanıb.

    Qeyd edək ki, ötən gün Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi olaraq Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşıblar.