XƏBƏRLƏR / Siyasət

İlham Əliyev və Hun Manet bəyanatlarla çıxış ediblər

YENİLƏNİR

İlham Əliyev və Hun Manet bəyanatlarla çıxış ediblər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:49

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər.

    ***

    11:35

    Azərbaycan Respublikası və Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub.

    ***

    11:30

    Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub.


    ***

    10:53


    Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub.



    ***
    10:15

    Oktyabrın 12-də Bakıda Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi olub.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Kambocanın Baş nazirinə raport verib.

    Kamboca Krallığının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Kambocanın Baş naziri Hun Manetin qarşısından keçib.

    Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Hun Manetə, Kamboca nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.