XƏBƏRLƏR / Müttəfiq

İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib

YENİLƏNİB / FOTO

İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib.


    Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə edilib.

    Dövlətimizin başçısı Antalya Diplomatik Forumuna dəvətə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu deyib.

    Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

    ***

    Ərdoğan-Əliyev görüşü ilə bağlı Türkiyə Prezident Aparatının Mətbuat Xidməti:

    Görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

    Prezident Ərdoğan görüş zamanı Türkiyə ilə Azərbaycanın bir çox sahələrdə, xüsusilə enerji, nəqliyyat və müdafiə sənayesi sahələrində əməkdaşlığın inkişafı istiqamətində addımlar atmağa davam edəcəklərini bildirib.

    Prezident Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh prosesinin qənaətbəxş olduğunu, Türkiyənin Azərbaycanı Cənubi Qafqazda sülhün memarı kimi görmək istədiyini və Türkiyənin də Ermənistanla münasibətlərin normallaşdırılması prosesini ehtiyatla davam etdirdiyini bildirib.