XƏBƏRLƏR / Müttəfiq

Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb

"Baykar" şirkətinin Direktorlar Şurasının sədri Bakıda səfərdədir

Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyənin "Baykar" şirkətinin Direktorlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüşüb.

    Tərəflər Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin müdafiə sənayesi də daxil olmaqla bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd ediblər.

    "Baykar" ilə əməkdaşlığın daha da genişləndirilməsinin Azərbaycanın müdafiə sənayesinin inkişafı üçün vacib olduğu və davam edən birgə layihələrin iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verdiyi vurğulanıb.

    Görüş zamanı hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və qarşılıqlı maraq doğuran digər mövzular da müzakirə edilib.