İlin ikinci Ay tutulması başa çatıb
Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14-də baş verib
Bu ilin ikinci Ay tutulması başa çatıb.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib ki, oktyabrın 28-də Bakı vaxtı ilə saat 22:01-də yarımkölgəli tutulma başlayıb. Saat 23:35-də qismən tutulma olub. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14-də baş verib. Saat 00:52-də qismən tutulma, saat 02:26-da yarımkölgəli tutulma sona çatıb.