Alimlər Ayda mağara tapıblar
Yerin peykində məskən salmağa əlverişli baza yaratmaq üçün ideal yer ola bilər
Alimlər Ayda ilk dəfə olaraq nəzəri cəhətdən Yerin peykində yaşayış üçün əlverişli baza yaratmaq üçün ideal yer ola biləcək mağara aşkar ediblər.
İtalyan alimlərinin radardan istifadə edərək tapdıqları mağaranın dərinliyi ən azı 100 metrdir. Bununla belə, tədqiqatçılar bunun Ayın “hələ araşdırılmamış yeraltı dünyasında” gizlənən yüzlərlə oxşar mağaradan yalnız biri olduğunu irəli sürürlər.
İtaliyanın Trento Universitetinin alimləri Lorenzo Bruzzone və Leonard Karrer mağaranı Sakitlik dənizi adlanan məşhur Ay bölgəsinin şəkillərini araşdırarkən aşkar ediblər. Bu Ay dənizini Yerdən adi gözlə görmək olar və məhz orada Apollon 11 missiyasının amerikalı astronavtları 1969-cu ildə tarixdə ilk dəfə eniş etmişlər.
Mağaranın girişi Ay səthindədir və altında şaquli divarlar və maili daxili məkan var.