XƏBƏRLƏR / Elm və Texnologiya

Marsda mümkün həyatın ən güclü əlaməti tapılıb

NASA elan edib ki, Marsda aşkar edilən qeyri-adi qayalar Qırmızı Planetdə mümkün keçmiş həyatın ən güclü göstəricisidir

Marsda mümkün həyatın ən güclü əlaməti tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Perseverance rover" Cezero kraterində qədim çay yatağında tapılan palçıq daşları üzərində "bəbir izləri" və "xaşxaş toxumu" kimi tanınan təəccüblü işarələr aşkar edib.

    Alimlər hesab edirlər ki, bu formasiyalar milyardlarla il əvvəl Marsda yaşamış ola biləcək mikroblarla əlaqəli kimyəvi reaksiyaların nəticəsi ola bilər.

    Tədqiqatçılar bildirirlər ki, süxurlarda aşkar edilən minerallar üzvi maddələrlə reaksiyaya girir və bu reaksiyalar nəticəsində yeni minerallar əmələ gəlir. Yerdəki oxşar şəraitdə belə reaksiyalar ümumiyyətlə mikroblar tərəfindən həyata keçirilir.