Türkiyə kəşfiyyat sistemləri ixrac edir
ASELSAN şirkətinin mətbuat xidməti xəbər verir
Bir sıra ölkələrin Ankaraya kəşfiyyat, müşahidə və idarəetmə üzrə elektrooptika sistemləri tədarükündən imtina etməsinə cavab olaraq, Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkəti olan ASELSAN bu zəruri məhsulların yerli analoqlarını da işləyib hazırlayıb. Hazırda bu sistemlərə xaricdə də böyük maraq göstərilir.
ASELSAN şirkətinin mətbuat xidməti xəbər verir ki, 35 milyon 130 min dollar məbləğində son üç ixrac kontraktı çərçivəsində xarici müştərilərə ilk dəfə GÖZDE və ASELFLIR-500 elektrooptika cihazları da tədarük ediləcək.
ASELSAN-ın hazırladığı elektrooptika cihazları geniş hərəkət radiusuna malikdir və yüksəkkeyfiyyətli görüntülər təqdim edir. Bu sistemlər “Bayraktar AKINCI”, “Bayraktar TB2” və ANKA kimi pilotsuz uçuş aparatlarına uğurla inteqrasiya olunub.