İlon Mask “Twitter”in rəhbərliyindən gedir
O, yeni baş direktor təyin ediləcəyini bildirib
Amerikalı milyarder İlon Mask "Twitter" şirkətinin baş direktoru vəzifəsindən gedəcəyini açıqlayıb. O, yeni baş direktor təyin ediləcəyini bildirib.
Mask yeni baş direktorun adını açıqlamada da, onun qadın olduğunu deyib. Yeni direktor 6 həftədən sonra işə başlayacaq, Maskın özü isə şirkətin texniki direktoru və icraçı sədri olacaq.
"The Wall Street Journal" (WSJ) qəzeti öz mənbələrinə istinadən yazıb ki, "NBC Universal"ın reklam meneceri Linda Yakarino "Twitter"in baş direktoru ola bilər, hazırda onunla danışıqlar aparılır.
Linda Yakkarino Nyu-Yorkda anadan olub. İtalyan kökləri var.
1981-ci ildə Pensilvaniya Dövlət Universitetinə daxil olub və 1985-ci ildə bakalavr dərəcəsini bitirib. O, humanitar elmləri və telekommunikasiya sahəsində fəaliyyətləri öyrənib. Sonrakı beş il ərzində o, ABŞ-ın bir neçə teleyayımçısında çalışıb.
1992-ci ildən Iaccarino Amerikanın TBS (Turner Broadcasting System) televiziya kanalının əməkdaşı olub, müxtəlif vaxtlarda reklam və marketinq üzrə icraçı vitse-prezident və icraçı direktor vəzifələrində çalışıb. 2011 ci ildən NBCUniversal telekomunikasiyasında çalışmağa başlayıb.
Xatırladaq ki, Mask "Twitter"i 2022-ci ilin oktyabrında 44 milyard dollara alıb və əməkdaşların 80%-ni işdən çıxarıb. Fevral ayında o, zarafatla öz itini sosial şəbəkəyə baş direktor təyin edib.