
Qırğızıstanın İssık-Kul vilayətində qış festivalı keçirilib.
Bununla bağlı "Kabar" agentliyi məlumat yayıb. Bildirilib ki, festivalda təkcə yerli sakinlər deyil, bəzi turistlər, media nümayəndələri və blogerlər də iştirak ediblər.
Festival “Manas” dastanı və milli musiqi alətlərində konsert proqramı ilə başlayıb. Milli oyunlar təqdim edilib.