İmran Xanın həyat yoldaşı da azadlığa buraxıldı
“Reuters” agentliyi xəbər verir ki, o, girov müqabilində azad edilib
Pakistanın Lahor şəhərinin məhkəməsi keçmiş baş nazir İmran Xanın həyat yoldaşı Büşra Bibini sərbəst buraxıb. “Reuters” agentliyi xəbər verir ki, o, girov müqabilində azad edilib.
Qeyd edək ki, İmran Xan və həyat yoldaşı korrupsiyada ittiham olunur. İddialara görə, onlar “Al Qadir Trust” fondundan istifadə edərək dövlət büdcəsindən təqribən 175 milyon dollar mənimsəyiblər.
İmran Xan mayın 9-da saxlanılıb, lakin 3 gün sonra azadlığa buraxılıb.