İnam Kərimovun karyerasında ciddi dönüş: hakim olacaq
Kənd təsərrüfatı nazirinin Azərbaycan Ali Məhkəməsinin hakimi postuna namizədliyi təqdiq edilib
Aprelin 3-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin iclasında kənd təsərrüfatı naziri İnam Kərimovun Azərbaycan Ali Məhkəməsinin hakimi postuna namizədliyi təqdiq edilib və Milli Məclisin plenar iclasında təsdiqlənmək üçün tövsiyə edilib. Bu barədə ölkə parlamentindəki mənbələr bildiriblər.
Kərimov Ali Məhkəmənin hakimi təsdiqləndikdən sonra dövlət başçısının onu ölkənin ali məhkəmə instansiyasının sədri təyin edəcəyi gözlənilir.
Ramiz Rzayev yaş həddilə əlaqədar bu postu tərk etdikdən sonra Ali Məhkəmənin sədri vəzifəsi vakant idi.
46 yaşlı Kərimov Sorbonna və Strasburq universitetlərində hüquq təhsili alıb, lakin əvvəllər məhkəmə orqanlarında çalışmayıb.
O, Prezident Administrasiyasında baş məsləhətçi olub, Azərbaycan Respublikası prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri vəzifəsini tutub. 2018-ci ildə kənd təsərrüfatı naziri təyin edilib.