XƏBƏRLƏR / Kriminal

İnsident törədən idmançılar saxlanılıb

Cinayət işi başlanıb

İnsident törədən idmançılar saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.

    Bununla bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.

    Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.