İran Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətindədir
Bunu DTX generalı Ceyhun Şadlinski deyib
İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir. Bunu DTX rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda deyib.
General bu istiqamətdə kəsərli tədbirlərin görüldüyünü vurğulayıb.