XƏBƏRLƏR / Münaqişə

İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib

IRNA xəbər verir

İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib
Məhəmməd Baqeri
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “İranın İsrailə qarşı əməliyyatı başa çatıb”.

    Bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib.

    “Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə, gələcəkdə də hərəkətə keçməyə hazırdır”, - deyə o qeyd edib.

    Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ordu yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib.